Azərbaycan Basketbol Liqası: IV turun oyunları davam edir

Azərbaycan Basketbol Liqası: IV turun oyunları davam edir

Azərbaycan Basketbol Liqasında IV turun oyunları davam edir. 

Olimpnews.az xəbər verir ki, bu daha iki oyun təşkil olunacaq. 

B qrupunun iştirakçılarından "Quba" "Lənkəran"la üz-üzə gələcək. Quba Olimpiya İdman Kompleksində keçiriləcək oyun saat 15:00-da başlayacaq. 

Günün ikinci matçında isə "Ordu" klubu "Sumqayıt"ı qəbul edəcək. Bakı İdman Sarayında keçiriləcək oyunun start fiti saat 19:00-da səslənəcək.