“Ferrari” 1949-cu ildə “Le Man 24 saat” yarışında ilk qələbəyə həsr olunmuş "yalnız rəqəmsal dünya üçün" yaradılmış superkarı təqdim edib.
Olimnews.az xəbər verir ki, Luigi Chinetti və komanda yoldaşı Peter Mitchell-Thomsonun 22 saat yarım sürdükləri “Ferrari 166 MM”də qələbəsindən 76 il keçdiyinə görə avtomobil “Ferrari F76” adlandırılıb. “Ferrari”nin mətbuat açıqlamasına görə, F76, brendin yarış irsini, innovativ generativ dizaynı və rəqəmsal texnologiyanı birləşdirən qabaqcıl virtual layihədir.


