İki basketbolçu bir görüşdə liderlik etdi

İki basketbolçu bir görüşdə liderlik etdi

Bu gün ABŞ-ın Atlanta şəhərindəki “State Farm Arena”da “Atlanta Hawks” və “Oklahoma City Thunder” arasında görüş keçirilib.

Olimpnews.az xəbər verir ki, qarşılaşmada qonaqlar oyunu 117:100 hesabı ilə yekunlaşdırıblar. Maraqlıdır ki, Oklahomanın heyətində Çet Holmqren  31 xal, 12 ribaund və bir məhsuldar ötürmə ilə oyunda liderlik edib. Onun komanda yoldaşı Şay Gilgeous-Alexander 30 xal, dörd ribaund və beş məhsuldar ötürmə edib.