Formula 1 Meksika Qran-Prisində qalib gələn "McLaren" pilotu Lando Norris yarışdan sonra müsahibə zamanı azarkeşlər tərəfindən fitə basılıb.
Olimpnews.az xəbər verir ki, azarkeşlərin bu hərəkətini dəqiq səbəbi məlum deyil.
Xatırladaq ki, Oskar Piastrinin beşinci yeri tutması sayəsində Norris ümumi hesabda liderliyi ələ keçirib və hazırda komanda yoldaşından bir xal irəlidədir. "Red Bull"un niderlandli pilotu Maks Verstappen Norrisdən 36 xal geridədir.


