«Ferrari»nin pilotu ikinci pillədən danışdı

«Ferrari»nin pilotu ikinci pillədən danışdı

«Ferrari»nin pilotu Şarl Lekler İtaliya komandasının Konstruktorlar çempionatinda ikinci yeri qoruya biləcəyi ilə bağlı sualı cavablandırıb. «Bu, çox, çox çətin olacaq. Son iki həftəsonuna baxsanız, özünüz hiss edəcəsiniz. Sona qədər mübarizə aparacağıq ki, ikinci yeri əldən verməyək», - deyə «Racingnews365» Leklerdən sitat gətirib.
Xatırladaq ki, «McLaren» artıq 2025-ci il mövsümü üçün Konstruktorlar Çempionatında qalibiyyətini təmin edib.

Konstruktorlar Çempionatı:
 
1. McLaren - 713 xal.
2. Ferrari - 356
3. Mercedes - 355
4. Red Bull - 346
5. Williams - 111
6. Racing Bulls - 72
7. Aston Martin - 69
8. Haas - 62
9. Kick-Sauber - 60
10. Alpine - 20