"İnter"in qapıçısı yeddi il həbsdə qala bilər

"İnter"in qapıçısı yeddi il həbsdə qala bilər

Milanın "İnter"inin qapıçısı Xosep Martinezi əlil arabasında yaşlı bir kişini vurduğuna görə yeddi ilə qədər həbs cəzası gözləyir. Xəbər verdiyimiz kimi, hadisə 28 oktyabr səhəri baş verib. 81 yaşlı kişi futbolçu və tibb işçiləri tərəfindən göstərilən ilk tibbi yardıma baxmayaraq hadisə yerində dünyasını dəyişib. Foot Mercato veb saytının məlumatına görə, hüquq-mühafizə orqanları araşdırmanı davam etdirir. İtaliya cinayət qanunvericiliyinə görə, Martinezin təqsiri sübüt olunsa, o, iki ildən yeddi ilə qədər həbs cəzası ilə üzləşəcək.