17 yaşlı kriketçi ehtiyatsızlığın qurbanı oldu

17 yaşlı kriketçi ehtiyatsızlığın qurbanı oldu

Avstraliyada 17 yaşlı kriketçi boynuna top dəydikdən sonra dünyasını dəyişib. Reuters agentliyinin məlumatına görə, «Cricket Victoria»dan olan avstraliyalı kriketçi Ben Austin məşq zamanı həyatla vidalaşıb. Klub rəhbərliyindən verilən məlumata açıqlamada qeyd olunur ki, Austin dəbilqə geyinsə də, lakin boyun qoruyucusu olmayıb.

Məlumat üçün bildirək ki, 2014-cü ildə Avstraliya millisinin keçmiş üzvü Fil Hyuz 25 yaşında eyni səbəblə vəfat etdi.