Nadir Ağayevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş turnir keçirilib
Olimpizm xəbərləri
03.11.2025, 20:32
SSRİ idman ustası, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, tanınmış pəhləvan Nadir Ağayev həmişə böyük ehtiramla yad edilir.
Olimpnews.az xəbər verir ki, Masallı Olimpiya İdman Kompleksində xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə yeniyetmələr arasında XXIX ənənəvi Lənkəran-Astara region açıq turnirinin təşkili də bu saf, unudulmaz məhəbbətdən irəli gəlirdi. Nadir Ağayevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş turnir Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçib tarix yazan şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himnimizin oxunması ilə başlanıldı. Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, Azərbaycan Güləş Federasiyasının əməkdaşı, “Şöhrət” ordenli Elçin Cəfərov, Nadir Ağayevin yetirməsi, Rusiya Federasiyasının Əməkdar məşqçisi, Şimal-Qərb dairəsi üzrə Güləş Federasiyasının prezidenti Məşkur Qasımov Nadir Ağayev güləş məktəbinin Azərbaycan idmanında tutduğu mövqedən söhbət açdılar , mötəbər yarışlarda əldə edilən nailiyyətlərin ölkə rəhbəri, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən idmana göstərilən diqqət və qayğının təzahürü olduğunu bildirdilər. Daha sonra tədbirin təşkilində göstərdiyi dəstəyə görə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən bir neçə şəxslər, təşkilatlar təşəkkürnamyə layiq görüldü. İki gün davam edən Dünya Güləş Birliyinin təsdiq etdiyi qaydalar əsasında AGF-nin hakimlər heyəti tərəfindən idarə olunan yarışlarda respublikanın müxtəlif şəhər və rayonlardan olan 10 çəki dərəcəsində 22 komandadan ibarət 200 nəfər 2009-2011-ci il təvəllüdlü idmançılar qüvvəsini sınadılar. Turnirin yekun nəticələrinə əsasən komanda hesabında Lənkəran komandası birinci, Bakının “Lokomotiv” və “Gimnaziya” təmsilçiləri isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutdular. Qələbə uğrunda mübarizə aparıb turnirdə yüksək pilləyə qalxan qaliblər təşkilat komitəsi və sponsorlar tərəfindən diplom, medal və pul mükafatları ilə təltif olundular. Onu da məlumat üçün bildirək ki, yarışın təşkilində məqsəd Nadir Ağayevin şərəfli idman yolunun təbliği, yeniyetmələr arasında yunan-Roma güləşinin inkişafı və kütləviliyinin artırılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, həmçinin yeniyetmələrdən ibarət yığma komanda üçün perspektivli idmançıların seçilməsidir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Su İdman Növləri Federasiyası SUP üzrə turnir keçirib
24.08.2026, 19:14 Olimpizm xəbərləri
-
Bakıdakı çimərlik güləşi üzrə beynəlxalq yarışları idarə edəcək hakimlər bəlli olub
24.08.2026, 18:58 Güləş
-
Ağırlıqqaldıranımız Avropa birinciliyində bürünc medal qazanıb
24.08.2026, 16:42 Ağırlıqqaldırma
-
III "Ulduz Cup" beynəlxalq futbol turnirinə start verilib
24.08.2026, 15:38 Futbol
-
Paraüzgüçülərimiz Avropa çempionatına Gəncədə hazırlaşırlar
24.08.2026, 15:16 Olimpiya dünyası
-
Cüdoçularımız dünya çempionatından iki medalla qayıdıblar
24.08.2026, 10:29 Cüdo
-
Bakıda ilk dəfə beynəlxalq “Ironman 70.3” triatlon yarışı keçiriləcək
24.08.2026, 10:14 Gündəm
-
Yaradıcılığı ilə Azərbaycana yeddi beynəlxalq sertifikat qazandırmış Nicat Ərtürk
22.08.2026, 19:01 Olimpiya dünyası
-
Kanoeçimiz dünya çempionatında iştirak edəcək
22.08.2026, 18:15 Su idman növləri
-
Taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək
21.08.2026, 12:32 Taekvondo
-
Azərbaycanda ilk dəfə beynəlxalq çimərlik polosu turniri keçiriləcək
21.08.2026, 12:19 Olimpiya dünyası
-
Avropa çempionatı: Əli Baxışov finala vəsiqə qazanıb, Banuçiçək Nəsirli bürünc medala sahib olub
21.08.2026, 12:08 Boks
-
Paragüllə atıcılarımız dünya çempionatına Bakıda hazırlaşırlar
21.08.2026, 11:56 Güllə atıcılığı
-
Azərbaycan klubları UEFA reytinqində rekordu yeniləyiblər
21.08.2026, 11:36 Futbol
-
UEFA reytinqindəki mövqeyimiz dəyişməyib
21.08.2026, 11:09 Olimpizm xəbərləri
-
Ağırlıqqaldıranımız Kosovoda bürünc medal qazandı
21.08.2026, 10:45 Ağırlıqqaldırma
-
AVRO-2026: Voleybol millimiz bu gün Bakıdakı ilk oyununa çıxır
21.08.2026, 10:00 Voleybol
-
Cüdoçumuz Ekvadorda dünya çempionu adını qazandı
21.08.2026, 09:25 Cüdo
-
Avropa çempionatında medal qazanan paracüdoçularla görüş keçirilib
21.08.2026, 08:36 Cüdo
-
Konfrans Liqası: "Qarabağ" səfərdə "Tvente"yə qalib gəldi
21.08.2026, 00:05 Futbol
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi könüllüləri üçün təlim keçirilib
20.08.2026, 12:51 Formula 1
-
İspaniyalı Formula 1 pilotu “Uilyams”la yeni müqavilə imzalayıb
19.08.2026, 18:18 Formula 1
-
Luka Modriçin qızı “Real Madrid”in akademiyasına keçib
19.08.2026, 17:03 Futbol
-
Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
19.08.2026, 15:49 Voleybol
-
Futbol hakimlərimiz UEFA-nın yay kursunda
19.08.2026, 15:35 Futbol
-
Münxen 2028-ci il Çempionlar Liqasının finalına ev sahibliyinə namizədliyini irəli sürüb
19.08.2026, 14:53 Futbol
-
“Roma” portuqaliyalı futbolçu ilə 5 illik müqavilə imzalayıb
19.08.2026, 14:07 Futbol
-
“Aston Villa”dan iki transfer
19.08.2026, 13:15 Futbol
-
“Monako” Poqba ilə yollarını ayırıb
19.08.2026, 12:23 Futbol
-
"Məqsədimiz Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmaqdır"
19.08.2026, 11:57 Futbol
-
Azərbaycan taekvondoçuları Prezident Kubokunda mübarizəyə başlayırlar
19.08.2026, 11:24 Taekvondo
-
Dünyanın ən yaxşı cinah müdafiəçilərinin reytinqi tərtib edilib
19.08.2026, 10:37 Futbol
-
"Sabah" bu gün ilk oyununa çıxacaq
19.08.2026, 10:05 Futbol
-
Güləşçimiz dünya çempionatında bürünc medal qazanıb
18.08.2026, 19:41 Güləş