Vembanyama Donçiçlə bacarmır

Vembanyama Donçiçlə bacarmır

«San Antonio Spurs» komandasının fransalı mərkəz oyunçusu Viktor Vembanyama kortda olduğu müddətdə sloveniyalı hücumçu Luka Donçiçin komandalarına qarşı bir oyunda belə qələbə qaza bilməyib. Belə ki, tərəflərin NBA-dakı beş qarşılaşmasında Donçiç sevinən tərəf olub. «StatMuse» portalının verdiyi məlumata görə, Vembanyama bu beş oyunda orta hesabla 17 xal, səkkiz ribaund, iki məhsuldar ötürmə və iki blok qazanıb. Donçiç isə hər oyunda orta hesabla 28 xal, 10 ribaund, 11 məhsuldar ötürmə və iki top «oğurluğu» edib.
Xatırladaq ki, Luka «Leykers»dən əvvəl «Dallas Mavericks»də forma geyinib.