Basketbol Liqası: "Sərhədçi" və "Ordu" turu qələbə ilə başa vurdu 

Basketbol Liqası: "Sərhədçi" və "Ordu" turu qələbə ilə başa vurdu 

Azərbaycan Basketbol Liqasında VI turun oyunları davam edir. 
Olimpnews.az xəbər verir ki, bu gün Liqada B qrupu çərçivəsində iki oyun təşkil olunub. Günün ilk oyununda "Quba" komandası "Sərhədçi" ilə üz-üzə gəlib. Quba Olimpiya İdman Kompleksində təşkil olunan oyunda "Sərhədçi" komandasının 86:82 hesablı qələbəsi qeydə alınıb. 
Günün ikinci oyununda B qrupunun digər iştirakçıları olan "Naxçıvan" və "Ordu" komandaları üz-üzə gəlib. Bakı İdman Sarayında keçirilən oyun 
"hərbçilər"in qələbəsi ilə yekunlaşıb - 100:76.
Qeyd edək ki, VI tura noyabrın 9-da yekun vurulacaq.