Heydər Əliyev və müasir Azərbaycan Konstitusiyası
BOK
13.11.2025, 13:25
“Bu gün hamımız mənəvi rahatlıq hissi keçirə bilərik. Çünki tarixi bir iş görülmüşdür. Tarixi bir sənəd yaradılıbdır. Bu gün biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd – siyasi, hüquqi sənəd yaratmışıq. Bizim Konstitusiya layihəsinin ən mühüm əhəmiyyəti ondan ibarətdir ki, xalqımızın, respublikamızın tarixində bu, ilk, tamamilə sərbəst, müstəqil şəkildə yaranmış konstitusiyadır. Konstitusiya layihəsi indiyə qədər olan bütün konstitusiyaların, qanunların hamısından fərqlənir. Ona görə fərqlənir ki, bu, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasıdır”. Heydər Əliyev, 10 noyabr 1995
Artıq 30 ildir, Azərbaycan noyabrın 12-ni Konstitusiya Günü kimi qeyd edir. Dövlətin əsas qanunu kimi konstitusiyanın anlayışı latın dilində olan «constitucio» sözündən olub hərfi mənası «quruluş», «təsisat», «qurmaq», «təsis etmək» deməkdir. Etimoloji baxımdan konstitusiya terminindən ilk dəfə Qədim Romada imperator hakimiyyətinin ayrı-ayrı aktlarının adlandırılması üçün istifadə olunmuşdur. Orta əsrlərdə Avropada feodalzadəgan imtiyazlarını nəzərdə tutan aktlar da sözün hərfi mənasına uyğun olaraq bu cür adlandırılmışdır. İlk yazılı Konstitusiya (yəni, daxili struktura malik vahid, əsas qanun) kimi 1787-ci ildə qəbul edilmiş və bu günə qədər fəaliyyət göstərən ABŞ-ın Konstitusiyasının adını çəkmək olar. Avropada ilk yazılı konstitusiyalar 1791-ci il Polşa və Fransa Konstitusiyaları olmuşdur. Azərbaycan dövlətinin konstitusiya statusu Konstitusiya quruluşunun əsasları Azərbaycan Respublikasının Konstitusiyasının I bölməsində təsbit olunmuşdur. Konstitusiya quruluşunun əsasları ayrı-ayrı dövlətlərin konstitusiyalarında müxtəlif adlar altında verilmişdir. Məsələn, İtaliya və Almaniya Federativ Respublikasının Konstitusiyasında «Əsas Prinsiplər», Fransa Respublikası Konstitusiyasında «Suverenlik haqqında», Türkiyə Respublikası Konstitusiyasında «Ümumi Əsaslar» və s. Azərbaycan Respublikası Konstitusiyasında isə cəmiyyətin və dövlətin fundamental əsasları, həyata keçirilməsi ölkəmizdə konstitusion dövlətin bərqərar olunmasına yönələn başlıca prinsiplər isə «Ümumi müddəalar» adı altında təsbit olunmuşdur. Bu bölmədə öz əksini tapan normalar norma-prinsiplər, məqsəd normaları, vəzifə-normaları hesab olunur. Konstitusiya quruluşunun əsaslarının aşağıdakı struktur elementləri vardır: xalq hakimiyyəti; xalq suverenliyi; insan və vətəndaşların hüquq və azadlıqlarının üstünlüyü; Azərbaycan dövlətinin forma və mahiyyəti; hakimiyyət bölgüsü; sosial və iqtisadi əsaslar; dövlət hakimiyyətinin əsasları; yerli özünüidarəetmənin tanınması və təmin olunması, onun müstəqilliyi və dövlət hakimiyyətindən ayrılması. Konstitusiyaların digər qanunlardan fərqi ondan ibarıtdir ki, konstitusiya: dövlət quruluşunu və dövlət hakimiyyətinin ali orqanlarını müəyyən edir, insan hüquq və azadlıqlarına dövlət tərəfindən zəmanət verir, Ali hüququ qüvvəyə malikdir, digər hüquqi normativlərə nisbətən müəyyən stabilliyə malikdir, qanunvericilik üçün əsas rolunu oynayır, dəyişilməsinin xüsusi qaydalarına malikdir. Azərbaycan Konstitusiyasının inkişaf mərhələləri Azərbaycan Respublikasının ilk Konstitusiyası 1921-ci il 29 mayda I Ümumazərbaycan Sovetlər Qurultayı tərəfindən qəbul edilmişdir. O, Konstitusiyanın sosialist tipdə inkişafının başlanğıcını qoymuş, Azərbaycanın sonrakı konstitusiyaları SSRİ konstitusiyalarına müvafiq olaraq qəbul edilməklə bu qəbildən olan prinsipləri inkişaf etdirmişdir. 1921-ci il Azərbaycan SSR-in Konstitusiyasından sonra respublikamızda baş verən ictimai siyasi dəyişikliklər nəticə etibarilə 1927, 1937, 1978 və 1995-ci illərdə yeni konstitusiyaların qəbulunu zəruri etmişdir. 1978-ci ildə qəbul edilmiş, 1980-ci illərin ikinci yarısından etibarən çoxsaylı əlavə və dəyişikliklərə məruz qalmış və bunun nəticəsində ilkin redaktəyə nisbətən əhəmiyyətli şəkildə dəyişiklikliyə uğrayan Azərbaycan SSR-in Konstitusiyası, 1995-ci il Azərbaycan Respublikası Əsas Qanunu qəbul edilənədək qüvvədə olmuşdur. Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbulu ölkədə baş verən köklü ictimai-siyasi və iqtisadi dəyişikliklərin hüquqi cəhətdən təsbit olunması zərurəti ilə şərtlənirdi. 1995-ci ilin yazında Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikasının yeni Konstitusiyasının layihəsi hazırlanmışdır. Yeni Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş və 27 noyabr 1995-ci ildə ümumxalq səsverməsinin nəticələri nəşr edildiyi andan qüvvəyə minmişdir. Komissiyanın 1995-ci il noyabrın 10-da keçirilmiş iclasında Heydər Əliyev demişdir: “Bu gün hamımız mənəvi rahatlıq hissi keçirə bilərik. Çünki tarixi bir iş görülmüşdür. Tarixi bir sənəd yaradılıbdır. Bu gün biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd – siyasi, hüquqi sənəd yaratmışıq. Bizim Konstitusiya layihəsinin ən mühüm əhəmiyyəti ondan ibarətdir ki, xalqımızın, respublikamızın tarixində bu, ilk, tamamilə sərbəst, müstəqil şəkildə yaranmış konstitusiyadır. Konstitusiya layihəsi indiyə qədər olan bütün konstitusiyaların, qanunların hamısından fərqlənir. Ona görə fərqlənir ki, bu, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasıdır”. 2002-ci il avqustun 24-də ümumxalq səsverməsi – referendum yolu ilə Azərbaycan Respublikası Konstitusiyasına mühüm əlavə və dəyişikliklər edilmişdir. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında aparılan geniş siyasi, hüquqi və sosial islahatlar uğurla davam etmiş, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda mühüm nailiyyətlər əldə edilmiş, məhkəmə-hüquq islahatları sürətlənmiş, respublikamız bir sıra mühüm beynəlxalq konvensiyalara qoşulmuşdur. Hazırda Ümumdünya Ticarət Təşkilatı və Avropa İttifaqı kimi nüfuzlu beynəlxalq təşkilatlarla aparılan danışıqlarda və bağlanan sazişlərdə respublikamızın üzərinə götürdüyü mühüm öhdəliklərdən biri də milli qanunvericiliyin təkmilləşdirilməsi, onun məzmununun və strukturunun beynəlxalq standartlara uyğunlaşdırmaq təşkil edir. Azərbaycan Respublikası Avratlantik məkana inteqrasiyasını ilk əvvəl insan hüquqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlayır. 27 may 2003-cü ildə Azərbaycan Respublikası parlamenti – Milli Məclisin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsi – referendumun təşkili və keçirilməsi qaydalarını müəyyən edən vahid məcəllələşdirilmiş akt – Azərbaycan Respublikasının Seçki Məcəlləsini qəbul edilmişdir. 2006-cı il 28 dekabr tarixində isə ölkə başçısının müvafiq Sərəncamı ilə İnsan hüquqlarının müdafiəsi sahəsində Milli Fəaliyyət Planı təsdiq edilmişdir. 2008-ci il dekabrın 24-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu təklif olunmuş dəyişikliklərə mahiyyəti üzrə baxaraq həmin dəyişikliklərin Azərbaycan Respublikası Konstitusiyasının 155-ci maddəsinin tələblərinə uyğun olması barədə qərar qəbul etmişdir. Konstitusiya Məhkəməsinin qənaətinə əsasən Referendum aktı layihəsində 29 maddədə 41 dəyişiklik təklif olunur. Bu dəyişikliklərdən on yeddisi maddələrə yeni hissələrin və ya bəndlərin əlavə edilməsi, yeddisi maddələrdə sözlərin əvəz edilməsi, yeddisi maddələrdə yeni sözün və ya sözlərin əlavə edilməsi, altısı maddələrə yeni cümlələrin əlavə edilməsi, ikisi maddənin yeni redaksiyada verilməsi, biri maddənin adının dəyişdirilməsi, daha biri isə maddədən sözün çıxarılması ilə bağlıdır. Azərbaycan Respublikası Milli Məclisinin 26 dekabr 2008-ci il tarixli qərarı ilə Referendum aktı ümumxalq səsverməsinə çıxarılmışdır və referendum 2009-cu il mart ayının 18-ə keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-da keçirilmişdir.
Dilqəm Quliyev,
Prezidentin fərdi təqaüdçüsü,
pedaqogika üzrə elmlər doktoru, professor,
TAİB-nin üzvü
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Badmintonçularımız beynəlxalq turnirdə 17 medal qazanıblar
25.08.2026, 15:28 Olimpizm xəbərləri
-
"Barselona" heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir
25.08.2026, 13:34 Futbol
-
Azərbaycan Üzgüçülük Federasiyası beynəlxalq ekspertlə əməkdaşlığa başladı
25.08.2026, 13:22 Su idman növləri
-
Dünya çempionatında iki medal qazanan Azərbaycan cüdoçuları Vətənə qayıdıb
25.08.2026, 13:10 Cüdo
-
AVRO-2026: Bu gün daha iki qarşılaşma keçiriləcək
25.08.2026, 10:38 Voleybol
-
"Sabah" Çempionlar Liqasında cavab oyununa çıxacaq
25.08.2026, 10:21 Futbol
-
Voleybol millimizdən Avropa çempionatında ardıcıl üçüncü qələbə
24.08.2026, 22:00 Voleybol
-
Su İdman Növləri Federasiyası SUP üzrə turnir keçirib
24.08.2026, 19:14 Olimpizm xəbərləri
-
Bakıdakı çimərlik güləşi üzrə beynəlxalq yarışları idarə edəcək hakimlər bəlli olub
24.08.2026, 18:58 Güləş
-
Ağırlıqqaldıranımız Avropa birinciliyində bürünc medal qazanıb
24.08.2026, 16:42 Ağırlıqqaldırma
-
III "Ulduz Cup" beynəlxalq futbol turnirinə start verilib
24.08.2026, 15:38 Futbol
-
Paraüzgüçülərimiz Avropa çempionatına Gəncədə hazırlaşırlar
24.08.2026, 15:16 Olimpiya dünyası
-
Cüdoçularımız dünya çempionatından iki medalla qayıdıblar
24.08.2026, 10:29 Cüdo
-
Bakıda ilk dəfə beynəlxalq “Ironman 70.3” triatlon yarışı keçiriləcək
24.08.2026, 10:14 Gündəm
-
Yaradıcılığı ilə Azərbaycana yeddi beynəlxalq sertifikat qazandırmış Nicat Ərtürk
22.08.2026, 19:01 Olimpiya dünyası
-
Kanoeçimiz dünya çempionatında iştirak edəcək
22.08.2026, 18:15 Su idman növləri
-
Taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək
21.08.2026, 12:32 Taekvondo
-
Azərbaycanda ilk dəfə beynəlxalq çimərlik polosu turniri keçiriləcək
21.08.2026, 12:19 Olimpiya dünyası
-
Avropa çempionatı: Əli Baxışov finala vəsiqə qazanıb, Banuçiçək Nəsirli bürünc medala sahib olub
21.08.2026, 12:08 Boks
-
Paragüllə atıcılarımız dünya çempionatına Bakıda hazırlaşırlar
21.08.2026, 11:56 Güllə atıcılığı
-
Azərbaycan klubları UEFA reytinqində rekordu yeniləyiblər
21.08.2026, 11:36 Futbol
-
UEFA reytinqindəki mövqeyimiz dəyişməyib
21.08.2026, 11:09 Olimpizm xəbərləri
-
Ağırlıqqaldıranımız Kosovoda bürünc medal qazandı
21.08.2026, 10:45 Ağırlıqqaldırma
-
AVRO-2026: Voleybol millimiz bu gün Bakıdakı ilk oyununa çıxır
21.08.2026, 10:00 Voleybol
-
Cüdoçumuz Ekvadorda dünya çempionu adını qazandı
21.08.2026, 09:25 Cüdo
-
Avropa çempionatında medal qazanan paracüdoçularla görüş keçirilib
21.08.2026, 08:36 Cüdo
-
Konfrans Liqası: "Qarabağ" səfərdə "Tvente"yə qalib gəldi
21.08.2026, 00:05 Futbol
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi könüllüləri üçün təlim keçirilib
20.08.2026, 12:51 Formula 1
-
İspaniyalı Formula 1 pilotu “Uilyams”la yeni müqavilə imzalayıb
19.08.2026, 18:18 Formula 1
-
Luka Modriçin qızı “Real Madrid”in akademiyasına keçib
19.08.2026, 17:03 Futbol
-
Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
19.08.2026, 15:49 Voleybol
-
Futbol hakimlərimiz UEFA-nın yay kursunda
19.08.2026, 15:35 Futbol
-
Münxen 2028-ci il Çempionlar Liqasının finalına ev sahibliyinə namizədliyini irəli sürüb
19.08.2026, 14:53 Futbol
-
“Roma” portuqaliyalı futbolçu ilə 5 illik müqavilə imzalayıb
19.08.2026, 14:07 Futbol