Basketbol Liqasında daha üç oyun keçiriləcək

Basketbol Liqasında daha üç oyun keçiriləcək

Bu gün Azərbaycan Basketbol Liqasında VII turun növbəti oyunları bu gün keçiriləcək.

Olimpnews.az xəbər verir ki, A qrupunda "Gəncə" komandası "Abşeron Lions"la qarşılacaq. Oyun saat 14:00-da start götürəcək. Bu qarşılaşma ilə paralel olaraq B qrupunun iştirakçıları - "Ordu" və "Quba" komandaları da meydana çıxacaq. 

A qrupunun digər iştirakçılarl NTD  və "Sabah" komandalarının oyunu isə saat 18:00-da start götürəcək.