NBA mərc qalmaqalı ilə bağlı sənədləri tələb edir

NBA mərc qalmaqalı ilə bağlı sənədləri tələb edir

Milli Basketbol Assosiasiyası (NBA) qanunsuz idman qumar oyunları ilə bağlı istintaq çərçivəsində “Los Anceles Leykers” daxil olmaqla liqadakı bəzi komandaları sənədləri və digər aktivləri təhvil verməyə məcbur edib.

Olimpnews.az “The Athletic” qəzetinin məlumatına istinadən xəbər verir ki, məlumatı NBA daxilində altı fərqli mənbə bir araya toplayıb. Məlumatda qeyd olunur ki, oktyabrın ikinci yarısında yüksək səviyyəli bir qalmaqal baş verib. FTB korrupsiya qalmaqalı ilə əlaqədar 34 nəfərin həbs olunduğunu elan edib. Təqsirləndirilənlər arasında komanda tərəfindən kənarlaşdırılan “Portland Trail Blazers”in baş məşqçisi Şonsi Billaps və “Mayami Heat” nümayəndəsi Terri Rosye də var. Ümumilikdə əməliyyatın 11 ştatı əhatə etdiyi iddia olunur.