Noyabrın 13-16-da ABŞ-ın Nyu-York şəhərində fiqurlu konkisürmə üzrə “Skate America” Qran-pri yarışı keçirilib.
Olimpnews.az xəbər verir ki, turnirdə ölkəmizi Vladimir Litvintsev təmsil edib.
Qısa və sərbəst proqramda bacarığını nümayiş etdirən idmançımız 12 idmançı arasında 231.84 xal toplayaraq 6-cı yeri tutub.
Fiqurlu konkisürənimiz “Skate America” Qran-pri yarışında iştirak edib


