Lerikdə "İdman hamı üçün" layihəsi çərçivəsində Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə açıq idman tədbiri keçirilib.
Olimpnews.az xəbər verir ki, şəhərin mərkəzi idman meydançasında keçirilən tədbirdə yeniyetmə və gənclər idmanın gimnastika, kəndirlə mübarizə, uzunluğa tullanma, tibbi topun atılması və futbol idman növü üzrə bacarıqlarını nümayiş etdiriblər.
Məqsəd əhali arasında idmanın təbliği, idmana marağın artırılması, fiziki inkişafa, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkili olan açıq idman tədbirində 30 nəfər öz qüvvəsini sınayıb. Bu da rayon sakinlərin tərəfindən böyük maraqla qarşılanıb.
Lerikdə "İdman hamı üçün" layihəsi çərçivəsində novbəti tədbir keçirilib


