Yardımlı rayon sakinləri Gənclər və İdman Nazirliyinin təşəbbüsünə qoşularaq "Səhər idmanı" layihəsi çərçivəsində gimnastika üzrə səhər məşqlərində iştirak ediblər.
Olimpnews.az xəbər verir ki, Şəhər İdman Kompleksində sakinlər səhər idmanı ilə məşğul olmaqla sağlam həyat tərzinə çağırış ediblər.
Tədbirin təşkilinə gəldikdə isə, burada əsas məqsəd idmanın hər bir insan üçün həyat tərzinə çevrilməsi və hər kəsin günə gümrah başlanması olub.
Yardımlıda "Səhər idmanı" çərçivəsində gimnastika məşqləri olub


