Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, eləcə idarənin nəzdində UGİM-in kollektivi Lənkəran şəhər Günərzi Qayğı Mərkəzi sosial xidmət müəssisəsinə baş çəkib, əyləncəli açıq idman və inklüziv hərəkətli tədbir təşkil ediblər.
Tədbirdə gimnastika, atletika, cüdo, boks, kəndirlə mübarizə və mütəhərrik idman oyunları təşkil olunub, uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Müəssisədə təhsil alan uşaq və yeniyetmələrin idmana marağının artırılması üçün keçirilən tədbir bu kateqoriyadan olan şəxslərin cəmiyyətə inteqrasiyasının dəstəklənməsi, onların fiziki fəallığı üçün bərabər imkanların yaradılması, idmana marağın artırılması, eyni zamanda həyat keyfiyyətinin yaxşılaşdırılması və sosiallaşmasını təmin etmək məqsədi daşıyır.
Lənkəranda əyləncəli idman tədbiri təşkil edilib


