Leklerin dondurma brendi məşhur serialda reklam ediləcək - FOTO 

Leklerin dondurma brendi məşhur serialda reklam ediləcək - FOTO 

"Ferrari" pilotu Şarl Leklerin dondurma brendi LEC "Stranger Things" serialının beşinci mövsümünün birinci hissəsində bir reklam yeri qazanıb.

Olimpnews.az xəbər verir ki, fransalı pilota məxsus dondurma brendi 2024-cü ildən etibarən alıcılara təqdim olunub. Lekler bu sahədə biznes tərəfdaşı kimi italyalı sahibkarlar Federiko Qrom və Qvido Martinettini seçib.

Qeyd olunur ki, "Stranger Things" serialının beşinci və son mövsümünün birinci hissəsinin premyerası bu gün "Netflix"də yaymlanacaq. Lekler 2025 mövsümünün bitməsinə iki yarış qalmış sürücülərin reytinqində beşinci yerdədir.

Leklerin dondurma brendi məşhur serialda reklam ediləcək - FOTO