Kəndirlə mübarizə üzrə ölkə birinciliyi və OCEP turnirində qaliblər müəyyənləşib
Olimpizm xəbərləri
07.12.2025, 10:19
20 nömrəli məktəb-liseydə yeniyetmə və gənclər arasında kəndirlə mübarizə üzrə ölkə birinciliyi və Milli Olimpiya Komitəsinin (MOK) OCEP layihəsi çərçivəsində Bakı məktəbləri arasında turnir keçirilib.
Olimpnews.az xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsinin, Milli İdman Növləri Assosiasiyası və Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub. OCEP turnirində iştirak edən məktəblərdən ilk 3 yerin sahibləri ölkə çempionatına vəsiqə qazanaraq birincilkdə mübarizə aparıblar. OCEP turnirində 420 kq-a qədər oğlanların mübarizəsində 200 nömrəli Məktəb-Lisey Kompleksi birinci, İ.Əfəndiyev adına Elitar Gimnaziya ikinci, 60 nömrəli tam orta məktəb isə üçüncü yeri tutub. 390 kq-a qədər qarışıq komandalar arasında isə 200 nömrəli Məktəb-Lisey Kompleksinin komandası birincilik əldə edib. 158 nömrəli tam orta məktəb ikinci, 189 nömrəli tam orta məktəbin komandası isə üçüncü olub. Ölkə birinciliyinin nəticələrinə əsasən isə U17 - 420 kq oğlanlar kateqoriyasında “Zəfər” İdman Klubu çempion olub. İZİA Peşə Təhsil Mərkəzi ikinci, “Buta” İdman Klubu isə üçüncü yerə sahib çıxıb. U17 - 390 kq qarışıq komandaların mübarizəsində “Zəfər” İdman Klubu birinci, İZİA Peşə Təhsil Mərkəzi ikinci, 158 nömrəli tam orta məktəb üçüncü pillədə qərarlaşıb. U23 - 450 kq oğlanlar üzrə yarışda “Zəfər” İdman Klubu qızıl medal əldə edib. PRIDE–AzKMİC gümüş, “Turan” İdman Klubu (Zaqatala) isə bürünc medal qazanıb. U23 - 420 kq qarışıq komandalar arasında “Zəfər” İdman Klubu birinci, “Buta” İdman Klubu ikinci, İZİA Peşə Təhsil Mərkəzi isə üçüncü yerin sahibi olub. Tədbiri Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, yarışların təşkili sektorunun müdiri Aslan Salahzadə, həmçinin Milli Olimpiya Komitəsinin nümayəndələri Elxan Səməd-zadə, Günay Əsgərova, Ruslan Məmmədov və Nərmin Kərimova izləyiblər. Yarışlarda fərqlənən komanda üzvlərinə Gənclər və İdman Nazirliyi tərəfindən diplom və medallar, Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti ictimai birliyi tərəfindən isə kuboklar təqdim olunub. Birincilik və turnirdə ümumilikdə 14 məktəbdən 22 komanda və 4 idman klubundan 8 komanda iştirak edib. Nəticələr Beynəlxalq Kəndirlə Mübarizə İdmanı Federasiyasının texniki reqlamentinə əsasən dairəvi sistem üzrə hesablanıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Su İdman Növləri Federasiyası SUP üzrə turnir keçirib
24.08.2026, 19:14 Olimpizm xəbərləri
-
Bakıdakı çimərlik güləşi üzrə beynəlxalq yarışları idarə edəcək hakimlər bəlli olub
24.08.2026, 18:58 Güləş
-
Ağırlıqqaldıranımız Avropa birinciliyində bürünc medal qazanıb
24.08.2026, 16:42 Ağırlıqqaldırma
-
III "Ulduz Cup" beynəlxalq futbol turnirinə start verilib
24.08.2026, 15:38 Futbol
-
Paraüzgüçülərimiz Avropa çempionatına Gəncədə hazırlaşırlar
24.08.2026, 15:16 Olimpiya dünyası
-
Cüdoçularımız dünya çempionatından iki medalla qayıdıblar
24.08.2026, 10:29 Cüdo
-
Bakıda ilk dəfə beynəlxalq “Ironman 70.3” triatlon yarışı keçiriləcək
24.08.2026, 10:14 Gündəm
-
Yaradıcılığı ilə Azərbaycana yeddi beynəlxalq sertifikat qazandırmış Nicat Ərtürk
22.08.2026, 19:01 Olimpiya dünyası
-
Kanoeçimiz dünya çempionatında iştirak edəcək
22.08.2026, 18:15 Su idman növləri
-
Taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək
21.08.2026, 12:32 Taekvondo
-
Azərbaycanda ilk dəfə beynəlxalq çimərlik polosu turniri keçiriləcək
21.08.2026, 12:19 Olimpiya dünyası
-
Avropa çempionatı: Əli Baxışov finala vəsiqə qazanıb, Banuçiçək Nəsirli bürünc medala sahib olub
21.08.2026, 12:08 Boks
-
Paragüllə atıcılarımız dünya çempionatına Bakıda hazırlaşırlar
21.08.2026, 11:56 Güllə atıcılığı
-
Azərbaycan klubları UEFA reytinqində rekordu yeniləyiblər
21.08.2026, 11:36 Futbol
-
UEFA reytinqindəki mövqeyimiz dəyişməyib
21.08.2026, 11:09 Olimpizm xəbərləri
-
Ağırlıqqaldıranımız Kosovoda bürünc medal qazandı
21.08.2026, 10:45 Ağırlıqqaldırma
-
AVRO-2026: Voleybol millimiz bu gün Bakıdakı ilk oyununa çıxır
21.08.2026, 10:00 Voleybol
-
Cüdoçumuz Ekvadorda dünya çempionu adını qazandı
21.08.2026, 09:25 Cüdo
-
Avropa çempionatında medal qazanan paracüdoçularla görüş keçirilib
21.08.2026, 08:36 Cüdo
-
Konfrans Liqası: "Qarabağ" səfərdə "Tvente"yə qalib gəldi
21.08.2026, 00:05 Futbol
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi könüllüləri üçün təlim keçirilib
20.08.2026, 12:51 Formula 1
-
İspaniyalı Formula 1 pilotu “Uilyams”la yeni müqavilə imzalayıb
19.08.2026, 18:18 Formula 1
-
Luka Modriçin qızı “Real Madrid”in akademiyasına keçib
19.08.2026, 17:03 Futbol
-
Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
19.08.2026, 15:49 Voleybol
-
Futbol hakimlərimiz UEFA-nın yay kursunda
19.08.2026, 15:35 Futbol
-
Münxen 2028-ci il Çempionlar Liqasının finalına ev sahibliyinə namizədliyini irəli sürüb
19.08.2026, 14:53 Futbol
-
“Roma” portuqaliyalı futbolçu ilə 5 illik müqavilə imzalayıb
19.08.2026, 14:07 Futbol
-
“Aston Villa”dan iki transfer
19.08.2026, 13:15 Futbol
-
“Monako” Poqba ilə yollarını ayırıb
19.08.2026, 12:23 Futbol
-
"Məqsədimiz Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmaqdır"
19.08.2026, 11:57 Futbol
-
Azərbaycan taekvondoçuları Prezident Kubokunda mübarizəyə başlayırlar
19.08.2026, 11:24 Taekvondo
-
Dünyanın ən yaxşı cinah müdafiəçilərinin reytinqi tərtib edilib
19.08.2026, 10:37 Futbol
-
"Sabah" bu gün ilk oyununa çıxacaq
19.08.2026, 10:05 Futbol
-
Güləşçimiz dünya çempionatında bürünc medal qazanıb
18.08.2026, 19:41 Güləş