Çempionlar Liqası: "Barselona"dan əzmkar qələbə

Çempionlar Liqası: \"Barselona\"dan əzmkar qələbə

BOK

10.12.2025, 10:10

Futbol üzrə UEFA Çempionlar Liqasında əsas mərhələnin oyunları davam edir. Olimpnews.az xəbər verir ki, "Barselona" klubu doğma azarkeşlər önündə Almaniyanın Frankfurt "Ayntraxt"ı ilə qarşılaşıb. Oyun kataloniyalıların 2:1 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb. Matçda hesabı 21-ci dəqiqədə frankfurtluların futbolçusu Ansgar Knauff açıb. Oyunun ilk hissəsi bu hesabla başa çatıb. Lakin fasilədən sonra meydan sahibləri matçda dönüş etməyi bacarıb. 50 və 53-cü dəqiqələrdə kataloniyalıların müdafiəçisi Jül Kunde fərqlənərək komandasına qələbə qazandırıb. Qələbə sayəsində aktivinə 3 xal əlavə edən "Barselona" 10 xalla 14-cü pillədə qərarlaşıb. "Ayntraxt" isə 4 xalla 30-cudur. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR