17 yaşlı futbolçu Çempionlar Liqasının tarixinə düşdü

17 yaşlı futbolçu Çempionlar Liqasının tarixinə düşdü

Almaniyanın "Bayern Münhen" klubunun futbolçusu Lennart Karl UEFA Çempionlar Liqasının tarixinə düşüb. 

Olimpnews.az xəbər verir ki, almaniyalı futbolçu Çempionlar Liqasının tarixində ardıcıl üç matçda qol vuran ən gənc futbolçu olub. 17 yaşlı futbolçu "Brügge" və "Arsenal" komandalarından sonra ötən gün "Sportinq"lə oyunda da qolla yadda qalıb. Lennart Karl bu oyunlardan ikisində matçın ən yaxşı oyunçusu seçilib.