Çempionlar Lİqası: Liqa mərhələsində VI tur yekunlaşdı

Çempionlar Lİqası: Liqa mərhələsində VI tur yekunlaşdı

Futbol üzrə UEFA Çempionlar Liqasının Liqa mərhələsində VI turun oyunlarına yekun vurulub. 
Olimpnews.az xəbər verir ki, mərhələnin ikinci oyun günündə daha 9 qarşılaşma təşkil olunub. Azərbaycan çempionu “Qarabağ” Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda “Ayaks”a 2:4 hesabı ilə məğlub olub. Günün digər maraqla gözlənilən oyunu Madriddə baş tutub. “Real” klubu doğma azarkeşlər önündə “Mançester Siti”yə məğlub olub -1:2. Çempionlar Liqasının son qalibi PSJ isə İspaniyada “Atletik”lə qolsuz heç-heçəyə razılaşıb. İtaliyanın Yuventus” klubu Turində “Pafos”a (Kipr), “Benfika” isə Portuqaliya “Napoli”yə (İtaliya) 2:0 hesabı ilə qalib gəlib. “Bayer 04” (Almaniy) - "Nyukasl” və “Borussiya” (Dortmund, Almaniya) - "Budyo Qlimt" (Norveç) oyununda isə 2:2 hesablı heç-heçə qeydə alınıb. Günün digər oyunlarında Danimarka “Kopenhagen"i İspaniya səfərində “Vilyarreal"a 3:2 hesabı ilə qalib gəlib.  (İspaniya) - "Kopenhagen" (Danimarka) 2:3, Liqa mərhələsinin lideri “Arsenal” (İngiltərə) isə Belçikada "Brügge"ni 3:0 hesabı ilə məğlub edib.