"Liverpul"un qapıçısı Alisson Bekker İtaliyanın "Milan" klubunun marağına səbəb olub. Jurnalist Saşa Tavolerinin sözlərinə görə, "Milan" artıq qarşı tərəflə danışıqlara başlayıb. 33 yaşlı braziliyalı qapıçı bu yay müqaviləsinin son ilinə qədəm qoyduğu üçün indi transfer üçün ideal vaxt hesab olunur.
Məlumat üçün bildirək ki, Alisson 2018-ci ildən "Liverpul"da çıxış edir. "Transfermarkt"ın məlumatına görə, Alissonun dəyəri 17 milyon avrodur.
Bekker karyerasını A Seriyasında davam edə bilər


