İspaniyanın "Barselona" klubu mərkəz müdafiəçisi Erik Qarsia ilə olan müqaviləsini yeniləyib.
Olimpnews.az Kataloniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı ispaniyalı futbolçu ilə 2031-ci ilədək yeni müqavilə imzalanıb.
Futbolçu bu barədə danışarkən deyib: ""Barselona"da oynamaq xəyalım davam edir. İcarə müddəti mənə daha güclü qayıtmağa kömək etdi. İnkişaf etməyə davam etmək istəyirəm. Cəmi 24 yaşım var. Gənc heyətimiz var və qarşıda bizi çox uğurlu illər gözləyir. Burada daha bir neçə il qalacağıma görə çox xoşbəxtəm".


