Konfrans Liqası: "Samsunspor" doğma meydanda məğlub oldu

Konfrans Liqası: "Samsunspor" doğma meydanda məğlub oldu

Futbol üzrə UEFA Konfrans Liqasında V turun oyunlarına start verilib. 

Olimpnews.az xəbər verir ki, turnirdə Türkiyəni təmsil edən "Samsunspor" klubu doğma meydanda Yunanıstanın AEK klubunu qəbul edib. Oyun qonaqların qələbəsi ilə yekunlaşıb -1:2. Matçda hesab 4-cü dəqiqədə açılıb. AEK-in futbolçusu Harold Moukoidi avtoqolla yadda qalıb. Lakin Yunanıstan təmsilçisi matçın ikinci hissəsində təşəbbüsü ələ alaraq hesabı bərabərləşdirib. Razvan Marin 53-cü dəqiqədə fərqlənərək hesabda tarazlığı bərpa edib. Cəmi 10 dəqiqə sonra AEK-in futbolçusu Aboubakari Koit fərqi komandasına qələbə qazandıran qolun müəllifi olub.