Cəlilabadda kütləvi açıq idman tədbiri keçirilib

Cəlilabadda kütləvi açıq idman tədbiri keçirilib

Cəlilabad şəhər Heydər Əliyev Seyrəngahında Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Səyyar sağlam həyat” layihəsi çərçivəsində keçirilən kütləvi açıq idman tədbiri sakinlərin böyük marağına səbəb olub.
Olimpnews.az xəbər verir ki, tədbir zamanı səyyar idman avtomobili ətrafında yerləşən idman qurğularında 400 nəfərdən çox idman həvəskarı müxtəlif idman növləri üzrə basketbol, ağırlıqqaldırma, qolların açılıb bükülməsi, turnikdə dartınma, tibbi topun atılması, yerindən təkanla tullanmaq və s. idman normativlərini yerinə yetiriblər.