Misli Premyer Liqası: Günün ilk oyununda qalib müəyyənləşmədi

Misli Premyer Liqası: Günün ilk oyununda qalib müəyyənləşmədi

Futbol üzrə Misli Premyer Liqasında XV turun daha bir oyunu keçirilib. 

Olimpnews.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən günün ilk oyununda "İmişli" və "Karvan-Yevlax" komandaları üz-üzə gəlib. Oyun 1:1 hesabı ilə başa çatıb və komandalar meydandan hərəyə bir xalla ayrılıblar. Matçda hesabı 29-cu dəqiqədə "İmişli" klubunun futbolçusu Dioqo Almeyda açıb. Lakin ilk hissənin 39-cu dəqiqəsində Vadim Abdullayev bərabərlik qolunu vurub. Bu nəticədən sonra "İmişli" klubu 16 xalla turnir cədvəlinin səkkizinci pilləsində yer alıb. Aktivində 6 xalı olan "Karvan-Yevlax" klubu isə sonuncu - 12-ci pillədə qərarlaşıb.