Həndbol üzrə dünya çempionatının qalibi müəyyənləşib

Həndbol üzrə dünya çempionatının qalibi müəyyənləşib

Qadınlar arasında Niderland və Almaniyada keçirilən həndbol üzrə dünya çempionatının qalibi müəyyənləşib.
Olimpnews.az xəbər verir ki, final matçında Norveç yığması Almaniya millisinə qalib gəlib - 23:20 (11:11). Üçüncü yer uğrunda keçirilən matçda Fransa və Niderland milliləri üz-üzə gəlib. Fransa yığması əlavə vaxtda 33:31 hesablı qələbə qazanaraq dünya çempionatının bürün medallarına yiyələnib.
Xatırladaq ki, Fransa millisi iki il əvvəl Norveçi məğlub edərək, çempion titulunu qazanmışdı.