Avropanın bəzi ölkələri mundialı boykot etməyə hazırlaşır

Avropanın bəzi ölkələri mundialı boykot etməyə hazırlaşır

Portuqaliya və Niderlanda azarkeş assosiasiyaları üzvlərini gələn il ABŞ, Meksika və Kanadada keçiriləcək futbol üzrə dünya çempionatını boykot etməyə çağırır.
Olimpnews.az RMC Sport-un məlumatına istinadən xəbər verir ki, bu təşəbbüs FİFA tərəfindən müəyyən edilmiş matçlar üçün şişirdilmiş qiymətlərə görədir. Bildirilir ki, final üçün biletlər 2022-ci ildə Qətərdə keçirilən mundialdan 6-7 dəfə bahadır. 
Qeyd olunur ki, Fransadakı bir neçə assosiasiya da bu təklifə qoşulmağa hazırlaşır.