Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi keçirilib
BOK
16.12.2025, 20:14
Dekabrın 16-da Azərbaycan Respublikası "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi", Əməkdar Elm Xadimi", “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli " Vətənə xidmətə görə" ordenləri ilə təltif olunmuş, Azərbaycanın Əməkdar məşqçisi, ümumittifaq və beynəlxalq dərəcəli hakim, professor Ağacan Abiyevin şərəfinə həsr olunmuş I boks turnirinin açılış mərasimi keçirilib. Olimpnews.az xəbər verir ki, 2012-2013-cü illər təvəllüdlü yeniyetmə oğlanlar arasında keçirilən turnirin açılış mərasimində Ağacan Abiyevlə yanaşı, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinova, Fərid Mansurov, MOK-un baş katibi Azər Əliyev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Azərbaycan Boks Federasiyası prezidentinin müşaviri Samir Hüseynov, Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev, MOK-un İcraiyyə Komitəsinin üzvləri, Olimpiya çempionları, Azərbaycan İdman Veteranları İctimai Birliyinin və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasimdə əvvəlcə Azərbaycan Respublikasınin Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Parad iştirakçıları, məşqçilər və hakimlər marş sədaları altında idman arenasına daxil olublar. Açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini Fərhad Hacıyev tədbir iştirakçılarını salamlayaraq, Ağacan Abiyevin Azərbaycan idmanındakı əvəzsiz xidmətlərindən və ölkəmizdə boksun inkişafına verdiyi mühüm töhfələrdən danışıb. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə turnirin keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib. O bildirib ki, müstəqillik dövründə Azərbaycanda yeniyetmələr arasında ilk beynəlxalq turnirin təşəbbüskarı məhz Ağacan Abiyev olub. Çingiz Hüseynzadə vurğulayıb ki, 1990-cı illərin sonlarında bu turnirin təşkil edilməsi Azərbaycanın beynəlxalq idman arenalarında təşkilatçı ölkə kimi tanınmasında mühüm rol oynayıb və bu istiqamətdə Ağacan Abiyevin xidmətləri əvəzsizdir. MOK rəsmisi çıxışında bu yaxınlarda Ağacan Abiyevin Avropa Olimpiya Akademiyası tərəfindən Avropa Olimpiya Hərəkatında və idmanın inkişafında göstərdiyi xidmətlərə görə xüsusi mükafata layiq görülüldüyünü qeyd edərək həmin mükafatı Ağacan Abiyevə təqdim edib. Azərbaycan Boks Federasiyası prezidentinin müşaviri Samir Hüseynov turnirin əhəmiyyətindən danışaraq ötən həftə Azərbaycanın ən gənc boksçusu Sübhan Məmmədovun dünya çempionu olduğunu vurğulayıb və onun dünyada bu uğura layiq görülən ən gənc boksçu olduğunu diqqətə çatdırıb. Açılış mərasimində Ağacan Abiyev boks əlcəyini imzalayaraq Sübhan Məmmədova verib. Dünya çempionu Sübhan Məmmədov çıxışında Ağacan Abiyevə dəyərli hədiyyəyə görə minnətdarlığını bildirərək, Olimpiya Oyunlarında da eyni uğuru təkrarlayacağına əminliyini ifadə edib. Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev Ağacan Abiyevin xidmətlərindən danışaraq bildirib ki, o, 28 ilə yaxın İdman Akademiyasına rəhbərlik edib və beynəlxalq dərəcəli hakim olmaqla yanaşı, elm adamı və pedaqoq kimi gənc idmançıların formalaşmasında xüsusi rol oynayıb. Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan İdman Veteranları İctimai Birliyinin sədri, Olimpiya çempionu Zemfira Meftaxetdinova idman veteranları adından tədbir iştirakçılarını salamlayaraq, turnirin yeniyetmə idmançılar üçün əhəmiyyətini vurğulayıb. O, ardınca Azərbaycan İdman Veteranları İctimai Birliyinin üzv kitabçasını Ağacan Abiyevə təqdim edib. Mərasimdə çıxış edən boks üzrə beynəlxalq dərəcəli hakim Elnur Məmmədli turnirin təşkilatçılarına minnətdarlığını bildirərək yarış iştirakçılarına uğurlar arzulayıb. Sonra turnirin hakimlər heyəti yarış iştirakçılarına təqdim edilib. Tədbirdə Ağacan Abiyev haqqında videoçarx təqdim edilib. Tədbirin bədii hissəsindən sonra 1/4 final yarışlarına start verilib. Qeyd edək ki, dekabrın 19-dək davam edəcək turnirdə Bakının "Qızıl əlcək", "Dinamo", "Təhsil", "Neftçi" , AHTİA, MOİK komandaları ilə yanaşı, Gəncə və Sumqayıtı təmsil edən 100-ə yaxın boksçu qüvvsini sınayır. 18 çəki dərəcəsi üzrə keçirilən yarışların baş hakimi beynəlxalq dərəcəli hakim Anar Nağdıyevdir. Turnirin final görüşləri dekabrın 19-da keçiriləcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir
06.06.2026, 16:47 Tennis
-
Maykl Olise “Real Madrid”a keçməyə hazırdır
06.06.2026, 16:19 Futbol
-
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir
06.06.2026, 16:11 Formula 1
-
Millimiz Avropa Liqasında mübarizəyə başlayır
06.06.2026, 11:51 Voleybol
-
3x3 basketbol millimiz Dünya Kubokunda növbəti oyununu keçirəcək
06.06.2026, 10:39 Basketbol
-
Millimiz yoldaşlıq matçında Maltaya məğlub oldu
06.06.2026, 00:19 Futbol
-
Elşad Quliyev: "Bundan sonrakı oyunlara da məsuliyyətlə yanaşacağıq"
05.06.2026, 23:55 Müsahibə
-
Taleh Nəsibov: "Bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm"
05.06.2026, 23:50 Müsahibə
-
Bakıda keçirilən Beynəlxalq Voleybol Federasiyasının seminarına yekun vurulub
05.06.2026, 23:31 Voleybol
-
Voleybol millimiz Avropa Liqasına məğlubiyyətlə başladı
05.06.2026, 23:05 Voleybol
-
Basketbol millimiz dünya çempionatının 1/4 finalında
05.06.2026, 22:55 Basketbol
-
Sadıq Sadıqov vəfat edib
05.06.2026, 22:10 Olimpiya dünyası
-
Ramiz Çovdarov: "Azarkeşlərin dəstəyi sayəsində bu uğura nail olduq"
05.06.2026, 21:50 Müsahibə
-
Vüsal İsayev: "Bu qələbəni Azərbaycan xalqına həsr edirik"
05.06.2026, 21:32 Müsahibə
-
Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb
05.06.2026, 21:00 Gündəm
-
“Beşiktaş” Vinçenzo Italiano ilə razılığa gəlib
05.06.2026, 19:05 Futbol
-
Florentino Perez yeni transfer hədəfini açıqladı
05.06.2026, 18:53 Futbol
-
FIFA Dünya Kubokunda zurnaya qadağa qoyur
05.06.2026, 18:33 Futbol
-
Qazaxda futbol festivalı keçirilib
05.06.2026, 18:07 Futbol
-
"Şəfa"nın yeni baş məşqçisi müəyyənləşdi
05.06.2026, 17:55 Futbol
-
Avarçəkənimiz Avropa çempionatında mübarizə aparacaq
05.06.2026, 17:23 Su idman növləri
-
Cüdoçular Avropa çempionatına Şamaxıda hazırlaşırlar
05.06.2026, 17:10 Cüdo
-
Güləşçilərimiz mötəbər yarışlara bölgələrdə hazırlaşırlar
05.06.2026, 16:41 Güləş
-
Çingiz Hüseynzadə: “Təhlükəsiz idmanla bağlı bütün problemlər daha operativ şəkildə araşdırılacaq”
05.06.2026, 16:18 Müsahibə
-
Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
05.06.2026, 15:44 Gündəm
-
Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
05.06.2026, 15:25 Gündəm
-
Bakıda Dünya Kuboku yarışlarına start verildi
05.06.2026, 15:11 Gimnastika
-
Milli idman federasiyaları üçün “Təhlükəsiz idman” proqramı başa çatıb
05.06.2026, 13:13 MOK
-
3x3 basketbol millimiz Dünya Kubokunda Litva ilə üz-üzə gələcək
05.06.2026, 11:14 Basketbol
-
Azərbaycan voleybol millisi Avropa Liqasında mübarizəyə Bakıda start verir
05.06.2026, 11:00 Voleybol
-
Azərbaycan velosipedçiləri beynəlxalq turnirdə iştirak edəcəklər
05.06.2026, 10:44 Velosiped
-
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
05.06.2026, 10:25 Gündəm
-
Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
04.06.2026, 23:52 Gündəm
-
Parataekvondoçularımız Roma Qran-Prisində iki medal qazanıblar
04.06.2026, 22:55 Taekvondo