Finalissima mart ayında keçirilə bilər

Finalissima mart ayında keçirilə bilər

İspaniya və Argentina milli futbol komandaları gələn ilin martında Finalissimada üzü-zə gələ bilərlər.

Olimpnews.az "Depor TV"nin məlumatına istinadən xəbə verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının prezidenti Rafael Luzan məlumat verib.
"Bu mühüm hadisə mart ayında baş verə biləcək. Biz Avropa Futbol Assosiasiyaları İttifaqının rəsmi təsdiqini gözləyirik", - deyə o, bildirib.  
Məlumat üçün bildirək ki, Avropa çempionu ilə Amerika çempionu arasında keçirilən bir oyundan ibarət Finalissimanın sonuncu qalibi Aregentina yığması olub. Həmin görüşün Qətərdə keçirilməsi nəzərdə tutulub.