Milan "İnter"inin uruqvaylı keçmiş hücumçusu Alvaro Rekoba məşqçilik karyerasını davam etdirir.
Olimpnews.az xəbər verir ki, o, Venesulanın "Deportivo Taçira" komandasına baş məşqçi təyin olunub. Müqavilənin təfərrüatlarını hələ ki açıqlanmayıb.
Xatırladaq ki, Rekoba 1997-ci ildən 2008-ci ilə qədər "İnter"da oynayıb. O, Uruqvay millisində 68 oyun keçirib və 10 qol müəllifi olub.


