Dekabrın 20-21-də Misirin Qahirə şəhərində Beynəlxalq Həndbol Federasiyasının (IHF) 40-cı konqresi keçiriləcək.
Olimpnews.az xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycan Həndbol Federasiyasının (AHF) vitse-prezidenti Orxan Abbasov təmsil edəcək.
Konqresin gündəliyində duran əsas məsələlərdən biri IHF-də müvafiq yerlərə seçkilərin təşkili olunmasıdır. Bununla yanaşı, qlobal həndbolun inkişaf strategiyası, maliyyə məsələləri, eləcə də qayda və reqlamentlərə dair mühüm qərarlar da müzakirə ediləcək.


