Masallı şəhər Nizami Gəncəvi adına Xatirə Parkında Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri keçirilib.
Olimpnews.az xəbər verir ki, tədbirində cüdo, futbol, voleybol, yerindən uzununa tullanma, kəndirlə mübarizə və badminton idman növləri üzrə nümunəvi çıxışlar göstərilib. Tədbir boyunca idmançıların çevikliyi, gücü və hazırlıq səviyyəsi iştirakçılar arasında sağlam rəqabət rayon sakinlərinin tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirin təşkilində məqsəd əhalinin, xüsusilə uşaq və gənclərin idmana marağının artırılması, sağlam həyat tərzinin təbliği və kütləvi idmanın genişləndirilməsindən ibarət olub. Tədbirlər regionda idmanın kütləviləşdirilməsinə, eləcə sağlam cəmiyyətin formalaşmasına mühüm töhfə verir.
Həmçinin şəhər sakinləri Gənclər və İdman Nazirliyinin təşəbbüsünə qoşularaq Masallı şəhər Nizami Gəncəvi adına Xatirə Parkında səhər idmanında sağlam həyat tərzinə çağırış ediblər.
25 nəfərin iştirak etdiyi tədbirdə məqsəd isə idmanın hər bir insan üçün həyat tərzinə çevrilməsi və hər kəsin günə gümrah başlaması olub.
Masallıda kütləvi idman tədbiri keçirlib


