"İnter" zivəni ələ keçirdi

"İnter" zivəni ələ keçirdi

"İnter" klubu futbol üzrə İtaliya A Seriyasında yenidən liderliyə yüksəlib.

Olimpnews.az xəbər verir ki, "neradzuri" bu uğura 18-ci tur çərçivəsində keçirilən "Atalanta" klubu ilə oyunda minimal hesablı qələbə saysində nail olub. Matçda vurulan yeganə qolun müəllifi Lautaro Martinez olub. O, matçın 65-ci dəqiqəsində fərqlənib. Berqamo səfərindən 3 xalla qayıdan Milan təmsilçisi xallarının sayını 36-ya çatdırıb. O, ən yaxın izləyicisi "Milan"ı bir xal qabaqlayır. "Atalanta" isə 22 xalla 10-cudur.