Misli Premyer Liqası: XIX turun proqramı açıqlanıb

Misli Premyer Liqası: XIX turun proqramı açıqlanıb

Futbol üzrə Misli Premyer Liqasının XIX turunun oyun proqramı müəyyənləşib. 

Olimpnews.az xəbər verir ki, Peşəkar Futbol Liqasından verilən məlumata görə, tura fevralın 8-də "Sabah" - "Araz-Naxçıvan" oyunu ilə start veriləcək. Turun bağlanış oyunu isə fevralın 10-da "Neftçi" və "Qəbələ" komandaları arasında olacaq. 

Misli Premyer Liqası

II dövrə, XIX tur

8 fevral

16:00. "Sabah" – "Araz-Naxçıvan"

"Bank Respublika Arena"

18:30. "Sumqayıt" – "Zirə"

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

9 fevral

14:30. "İmişli" – "Kəpəz"

Quba Olimpiya İdman Kompleksinin stadionu

18:30. "Turan Tovuz" – "Karvan-Yevlax"

Tovuz şəhər stadionu

10 fevral

14:30. "Şamaxı" – "Qarabağ"

Şamaxı şəhər stadionu

19:00. "Neftçi" – "Qəbələ"

"Palms Sports Arena"