Futbol üzrə İspaniya Superkubokunda ilk finalçının adına aydınlıq gəlib.
Olimpnews.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhəridə keçirilən yarımfinal oyununda "Barselona" klubu Bilbao "Atletik"ini böyük hesabla məğlub edib -5:0. Katalonların heyətində Ferran Torres (22), Fermin Lopes (30), Runi Barji (34) və Rafinya (38, 52) fərqlənib. Hans Flikin komandası finalda bu gün keçiriləcək "Real" - "Atletiko" oyunundan sonra müəyyənləşəcək. Turnirin final oyunu yanvarın 11-də təşkil olunacaq.


