Milli komandanın üzvlərinə seminar keçirilib

Milli komandanın üzvlərinə seminar keçirilib

Olimpizm xəbərləri

08.01.2026, 13:14

Milli Olimpiya Komitəsi, Azərbaycan Atletlər Komissiyası və Etika Akademiyası arasında tərəfdaşlıq çərçivəsində üzgüçülük üzrə Azərbaycan millisinin üzvlərinə seminar keçirilib.

Bu barədə Olimpnews.az-a Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

"Etik və psixoloji bacarıqlar ilə güclü idmançı" adlı seminarda gənc üzgüçülərə etik davranış, nitq mədəniyyəti, stressin idarə olunması və psixoloji dayanıqlılıq sahəsində bilik və bacarıqlarını inkişaf etdirmələri aşılanıb.

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR