Basketbol Liqası: Bu gün XII tura start veriləcək

Basketbol Liqası: Bu gün XII tura start veriləcək

Bu gün Azərbaycan Basketbol Liqasında XII turun oyunlarına start veriləcək.

Olimpnews.az xəbər verir ki, turun ilk oyun günündə B qrupunda iki qarşılaşma təşkil olunacaq. Günün ilk oyunu "Quba" və "Ordu" komandaları arasında baş tutacaq. Saat 15:00-da start götürəcək oyun Quba Olimpiya İdman Kompleksində keçiriləcək. Günün ikinci oyunu isə saat 20:00-da "Sərhədçi" və "Lənkəran" komandaları arasında olacaq. Oyun "Sərhədçi" İdman Mərkəzində baş tutacaq. Tura yanvarın 11-də yekun vurulacaq.