Futbol üzrə İspaniya Superkubokunda finalçıların adına aydınlıq gəlib.
Olimpnews.az xəbər verir ki, yarımfinalın digər oyununda Madrid "Real"ı "Atletiko"nu məğlub edib. Səudiyyə Ərəbistanında keçirilən oyun "Kral klubu"nun 1:2 hesablı qələbəsi ilə yekunlaşıb. Xabi Alonsonun komandasında qələbə qollarının müəllifi Federiko Valverde (2) və Rodriqo (55) olub. "Atletiko"un heyətində isə Aleksandr Sörlot 59-cu dəqiqədə yeganə təsəlli qolunu vurub. Beləliklə, yanvarın 11-də keçiriləcək İspaniya Superkubokunun finalında azarkşelər "El Klasiko" izləyəcəklər. Xatırladaq ki, turnirin ilk finalçısı olan "Barselona" yarımfinalda Bilbao "Atletik"ini 5:0 hesabı ilə məğlub edib.


