Azərbaycanın Əməkdar məşqçisi vəfat edib

Azərbaycanın Əməkdar məşqçisi vəfat edib

Uzun illər ölkəmizdə karate idman növünün inkişafına böyük töhfələr vermiş, karate idman növü üzrə 7-ci dan qara kəmər sahibi, əməkdar idman ustası, "məkdar məşqçi Mirəli Seyidov vəfat edib.

Bu barədə Azərbaycan Karate Federasiyasından məlumat verilib.

O, uzun sürən xərçəng və şəkərli diabet xəstəliyinin ardından 69 yaşında vəfat edib.

Mirəli Seyidov Azərbaycan karate məktəbinin formalaşmasında, gənc idmançıların yetişdirilməsində və idman etikası prinsiplərinin təbliğində əvəzsiz xidmətləri ilə seçilib. 

Azərbaycan Karate Federasiyası mərhumun ailəsinə, yaxınlarına və karate camiəsinə dərin hüznlə başsağlığı verir, onlara səbr və dözüm diləyir. Allah rəhmət eləsin, ruhu şad olsun.