Ölkə çempionatında VI tura yekun vuruldu

Ölkə çempionatında VI tura yekun vuruldu

Həndbol üzrə XXXII ölkə çempionatında VI tura yekun vurulub.

Bu barədə Azərbaycan Həndbol Federasiyasından bildirilib.

Qadın həndbolçuların mübarizəsində "Azəryol" "Təhsil"i 33:7, "İdman Akademiyası" "Bakı"nı 26:8, "Kür" isə "Qarabağ"ı 40:15 hesabı ilə üstələyib.

Kişilərin yarışında "Dinamo" "Təhsil" üzərində 32:31 hesablı qələbə qazanıb. "Bakı" "Azəryol"u 33:19, "Qarabağ" isə "Kür"ü 26:22 hesabı ilə məğlub edərək hesabına növbəti xalları yazdırıb.