İtaliyada keçirilən XXV Qış Olimpiya Oyunları proqramına daxil olan dağ xizəyi yarışlarını izləmək üçün Azərbaycan nümayəndə heyəti bu yarışların keçirildiyi Kortina-Ampetso şəhərinə gedib.
Olimpnews.az xəbər verir ki, şef-de-mission Anar Bağırovun verdiyi məlumata görə, məqsəd dağ xizəyi idman növündə çıxış edən idmançımızın hazırlıq prosesini və sabah keçiriləcək yarışı izləməkdir.
Ölkəmizi bu mötəbər turnirdə təmsil edən Anastasiya Papatoma fevralın 18-də saat 10:00-da (Bakı vaxtı ilə 13:00) dağ xizəyinin slalom növü üzrə yarışlarda qüvvəsini sınayacaq.


