2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarında 296 boksçu iştirak edəcək. Onlardan 216-sı kişi, 80-i isə qadın idmançı olacaq.
196 boksçu "Bakı-2015”ə təsnifat mərhələsini keçməklə düşə biləcək. Daha 70 boksçu Avropa reytinqinə əsasən turnirdə iştirak hüququ qazanacaq. Həmin reytinq cədvəli iyunun 30-da açıqlanacaq.
Azərbaycan oyunlara ev sahibliyi edən ölkə kimi 15 boksçu ilə mübarizə aparacaq. Onlardan 10-u kişi, 5-i qadın olacaq. Daha 15 iştirakçı isə güzəştli kart qazanmaqla mübarizəyə qoşulacaq.
"Bakı-2015”də iştirak hüququ qazanan qadın boksçuların yekun siyahısı 2014-cü il iyunun 30-da müəyyənləşəcək. Kişi boksçuların tam siyahısı isə 2015-ci il martın 31-də açıqlanacaq.