Boks üzrə dünya birinciliyi başlayıb

Boks üzrə dünya birinciliyi başlayıb


Aprelin 14-də Bolqarıstanın paytaxtı Sofiyada gənclər arasında boks üzrə dünya birinciliyi başlayıb. Yarışda Azərbaycan idmançıları da mübarizə aparırlar.
Yeniyetmələrin ikinci yay Olimpiya oyunlarına lisenziya verən turnirdə boksçularımızın rəqibləri müəyyənləşib. Dünya birinciliyinin ilk günündə milli komandamızın üzvlərindən Məsud Yusifzadə (52 kq) rinqə çıxacaq. Ötən il gənclər arasında Avropa birinciliyinin gümüş mükafatını qazanmış həmyerlimiz yaponiyalı Kantaro Juri ilə üz-üzə gələcək. Digər boksçularımız Rüfət Hüseynov (49 kq) Orlin Yordanovla (Bolqarıstan), Tayfur Əliyev (56 kq) Araşi Morisaka (Yaponiya) ilə, Orxan Əliyev (60 kq) Florian Sabo (Serbiya) ilə, Cavid Quliyev (64 kq) Uayn Kelli (İrlandiya) – Ayan Kalıbekov (Qazaxıstan) qarşılaşmasının qalibi ilə, Roman Zakirov (69 kq) Bernard Barsoni (Macarıstan) ilə, Şamil Əliyev (75 kq) Ren Uemura (Yaponiya) ilə, İbrahim Quliyev (81 kq) Darius Asmontasla (Litva), Şükran Mehdiyev (91 kq) Jonas Soenstebi (Norveç) ilə, Məhəmmədəli Tahirov (91 kq-dan yuxarı) Dovidas Sernasla (Litva) qarşılaşacaqlar.
Turnirdə iki gənc qız boksçumuz da iştirak edəcəkdir. Belə ki, Aliyə Vəlizadə (51 kq) Amel Çebbi (Tunis) ilə, Məryəm Cəbrayılova (60 kq) Anjelina Bondarenko (Ukrayna) ilə qarşılaşacaqlar.
Oğlanların yarışında yeniyetmələrin Olimpiadasına hər ölkədən 3, qızlarda isə 2 yer ayrılmışdır. Yəni, hər hansı komanda 5 lisenziya qazansa belə, seçim edib 3 boksçusunu Olimpiadaya göndərməlidir.
Yeniyetmələrin ikinci Olimpiya Oyunları avqustun 22-dən 27-dən Çinin Nianjanq şəhərində keçiriləcək.