Aprelin 12-13-də Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı Boks Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş kiçik yaşlı uşaqlar və yeniyetmələr arasında boks idman növü üzrə rayon birinciliyi keçirilib. Turnirdə 10 çəki dərəcəsində 93 nəfər kiçikyaşlı uşaq və yeniyetmə boksçu iştrak edib. Olduqca gərgin mübarizə şəraitində keçən yarışda qalib gəlmiş idmançılara Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfində diplom , medal və hədiyyələr təltif olunub.