Peşəkar boks seriyasından olan yarışların təqvimi açıqlandı

Peşəkar boks seriyasından olan yarışların təqvimi açıqlandı

Beynəlxalq Həvəskar Boks Assosasiyası (AİBA) peşəkar boks seriyasından keçiriləcək yarışların vaxtını dəqiqləşdirib. Bu yarışlarda iştirak etmək üçün qeydiyyatdan keçən peşəkarlar artıq bu il Qlazqoda keçiriləcək Həmrəylik Oyunlarında və İnçxonda baş tutacaq Asiya Oyunlarında qüvvələrini sınaya biləcəklər.
AİBA-nın təqviminə görə, 24-26 oktyabrda və 20-23 noyabr peşəkarların ilkin reytinq yarışları, 18-21 dekabrda isə ilk reytinq görüşləri keçiriləcək. Titul döyüşlərinin isə 22-15 yanvar və 29- 1 fevralda təşkili planlaşdırılır.
"AİBA-nın prezidenti kimi və bütün boks ictimaiyyətinin adından çox şadam. Sevinirəm ki, bizim üçün əziz olan boks idman növünün inkişafı yolunda daha bir addım ata bildik”, - deyə beynəlxalq idman qurumunun prezidenti Çin Kuo Vu bildirib. Peşəkar Boksçular Assosasiyasının (PBA) yaranması boks idman tarixində bir inqilab kimi qiymətləndirilə bilər. Belə ki, bu assosiasiyanın vasitəsilə dünyanın məşhur və peşəkar boks çempionlarını müəyyən etmək mümkün olacaq. Gələcəkdə PBA-nın idmançılarının Olimpiya oyunlarında iştirakı da gözlənilir.