Şəhər birinciliyində 92 boksçu gücünü sınayıb

Şəhər birinciliyində 92 boksçu gücünü sınayıb

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində gənclər arasında boks üzrə Bakı şəhər birinciliyi keçirilib. Birincilikdə Neftçi İSM, DİN İC, Rabitə İK, MOİK, Sədərək İK, Təhsil RİM, Zenit İK, Gömrükçü, Qəbələ İK, Naxçıvan İK, AzTU-nu təmsil edən 92 nəfər idmançı mübarizə aparıb. Yarışda ilk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.