Böhtan üzündən 20 il «yatdı»

Böhtan üzündən 20 il «yatdı»


«Qasırğa» ləqəbi ilə tanınan boksçu, dünya çempionu Rubin Karter 77 yaşında xərçəng xəstəliyindən vəfat edib. «Qasırğa»nın 20 ili həbsxanada keçib. 1996-cı ildə böhtan atılaraq həbs olunan boksçu üç nəfərin ölümündə günahlandırılıb. Onu bir çox məşhur idmançılar, o cümlədən Məhəmməd Əli də müdafiə edib. Bununla belə, Karterə bəraət qazandırmaq mümkün olmayıb. Nəticədə, «qasırğa» böhtan ucbatından 20 il dəmir barmaqlıqlar arasından çıxa bilməyib. O, azadlığa buraxıldıqdan sonra Torontoda (Kanada) boks assosiasiyasının direktoru seçilib. Həbsxanada qaldığı illərdə Rubin Karter «Onaltıncı raund» və «Lazar və qasırğa » adlı kitab yazıb.