Bakıda Avropa Şurasının kampaniyası çərçivəsində idman yarışları keçirilib

Bakıda Avropa Şurasının kampaniyası çərçivəsində idman yarışları keçirilib


Aprelin 24-də Hövsan Olimpiya İdman Kompleksində Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Sevinc Fətəliyevanın təşəbbüsü ilə Avropa Şurasının "Hər beş uşaqdan biri” kampaniyası çərçivəsində idman yarışları keçirilib.
"Uşaqlar bizim gələcəyimizdir" devizi altında baş tutan yarışların məqsədi kiçik yaşlı uşaqların idmana marağını artırmaq, onları zərərli vərdişlərdən və arzuolunmaz davranışlardan uzaqlaşdırmaqdır.
Yarışlarda orta məktəblərin II-IV sinif şagirdləri idmanın müxtəlif sahələri üzrə qüvvələrinin sınayıblar.